Bazar, 28 Aprel

"Allah mənim cəzamı versin" - Erməni casuslar üzr istədi

image

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda şahid qismində Vidadi Orucəliyev ifadə verib.

O bildirib ki, "N" saylı hərbi hissədə xidmət keçib. 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmətdə olub: "Bu zaman Şuşa istiqamətində iki nəfərin bizim mövqelərimiz barədə müşahidə apardıqlarını gördük. Onları saxlamağa qərar verdik. Onları sorğu-sual etdik. Bizə rus dilində cavab verdilər. Anladıq ki, Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Cavab verə bilmədilər. Onları müvafiq dövlət qurumlarına verdik".

Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlarda hümanitar yardım aşkarlanmayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin saxlanıldığı yerdən Xankəndi şəhərinə yol yoxdur.

Hakim bildirib ki, digər şahid Vüqar Abdullayevin iclasa gəlməməsi ilə bağlı məhkəməyə sənəd təqdim olunub. Sənəd "N" saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Qeyd olunub ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir, məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Tərəflər şahidin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Təqsirləndirilən şəxslər də buna etiraz etməyib. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Şahid Vüqar Abdullayev də digər dindirilən şahidin ifadəsinə uyğun danışıb.

Hakim daha sonra cinayət işində olan sübutların tədqiqi mərhələsinin başlandığını elan edib.
Bundan sonra işdə olan sənədlər açıqlanıb. Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər Qarabağda gedən döyüşlərdə iştirak ediblər.

Hakim qeyd edib ki, cinayət işində olan sənədlərdə hər iki təqsirləndirilən şəxs 2019-2020-ci illərdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri məlum olub.

Həmçinin onlar 2020-ci ilin sentyabr ayından Azərbaycan ordusuna qarşı olan döyüşlərdə iştirak ediblər, eyni zamanda Azərbaycan respublikasının təhlükəsizliyinə aid məlumatlar toplayaraq Ermənistan xüsusi xidmət orqanlarına ötürürlər.

Daha sonra Sujyan Gevorg Rubenoviç bildirib ki, üzr istəyir, onun bağışlanmasını istəyib.

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib və "nə etmişəmsə, Allah mənim cəzamı versin" - deyə bildirib.

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39